Dünya

Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

17 İyun 2019 11:41
1 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada Rusiya istehsalı olan "Mi-28HM" döyüş helikopterlərinin uğurlu sınağı keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu modeldən olan helikopter dağ şəraitində və çöl-səhra landşaftlarında hərbi tapşırıqların öhdəsindən layiqincə gəlib.

"Mi-28HM" desant, motoatıcı, tank qoşunlarına və kəşfiyyat dəstələrinə havadan dəstək göstərə bilir.

Helikopterin əsas üstünlüyü "N025E" radiolokasiya stansiyasıdır. Radar vintin altında yerləşir. Bu, helikopterin dairəvi kəşfiyyat aparmasına, yaxın çevrədə olan ərazinin radiolokasiya təsvirini əldə etməyə imkan verir.

"Gecə ovçusu", həmçinin uçuş zamanı mühərrikin işini tənzimləyən müasir sistemlə təchiz olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.