Dünya

Suriyada kənd atəşə tutuldu: 12 ölü

17 İyun 2019 07:35
0 Şərh     Baxış: 322

Suriyada terrorçu qruplaşmalar əl-Vadihi kəndini minaatanalardan istifadə etməklə atəşə tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 12 nəfər həlak olub, ən azı 15 nəfər xəsarət alıb.

Qeyd edək ki, öncə 10 nəfərin həlak olması barədə məlumat verilib.

Məlumata əsasən, ölənlər arasında suriyalı hərbçi, xəsarət alanlar arasında isə qadın və uşaqlar var.

Atəş nəticəsində kənd sakinlərinin əmlakına ziyan dəyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.