Dünya

Britaniya dəniz piyadalarını Fars körfəzinə göndərir

16 İyun 2019 18:14
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılar göndərmək niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, "Tayms" qəzetinin yazdğına görə, Oman körfəzində tankerlərə zərbə endirilməsi faciə ilə yekunlaşa bilər. Buna görə də Böyük Britaniya regiona 100 dəniz piyadası göndərməyi planlaşdırır. Çevik reaksiya qüvvələri rolunu oynayacaq 100 dəniz piyadasının Böyük Britaniyanın Bəhreyndəki dəniz bazasında yerləşdirilməsi nəzərdə tutulub. Həmin hərbçilərin vəzifəsi Fras körfəzində patrul xidməti həyata keçirmək, Hörmuz boğazında hərbi və ticarət gəmilərini qorumaqdır. 100 dəniz piyadasının konkret nə zaman regiona göndəriləcəyi bu gün hökumət tərəfindən müəyyənləşdiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.