Dünya

İran Oman körfəzi insidentindən əvvəl ABŞ dronunu vurmağa çalışıb - CNN

16 İyun 2019 10:34
3 Şərh     Baxış: 1 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hərbi qüvvələri Oman körfəzində baş vermiş tanker insidentindən bir neçə saat əvvəl ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa çalışıb.   

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "CNN"ə adı açıqlanmayan ABŞ rəsmisi deyib.     

Bildirilir ki, ABŞ-ın "MQ-9 Reaper" kəşfiyyat dronu cümə axşamı baş vermiş insidentdən saatlar əvvəl hücuma məruz qalmış tankerlərin yaxınlığında üzən İran gəmilərini müşahidə edib. 

İran hərbi qüvvələri dronu aşkar edib və onu raketlə vurmağa çalışıb, lakin raket drona dəyməyib və suya düşüb.

Həmin mənbə tanker insidentindən iki gün əvvəl "CNN"ə başqa bir ABŞ dronunun Qırmızı Dəniz səmalarında vurulduğunu deyibmiş. İran istehsalı olduğu ehtimal edilən raketin Yəməndəki husi üsyançılar tərəfindən buraxıldığı bildirilir. 

İyunun 13-ü Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Corageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib.       

İnsidentin səbəbləri hələ də aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.

Lakin Vaşinqton bu iddialarını dəstəkləyəcək heç bir sübut gətirməyib. ABŞ-ın hadisə yerindən yaydığı video görüntülərdə iranlı hərbçilərin tankerlərin birindən partlamamış mina çıxardıqları iddia edilsə də, bu görüntülərdə heç bir gəmi adı və ya bayrağı görünmür.

İran insidentdə rolunun olmasına dair bütün ittihamları rədd edib. Rusiya hadisəni araşdırmağa və məsələyə dair tələsik qərarlar verməməyə çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.