Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Hakurk rayonunda daha 2 PKK terrorçusunu zərərsizləşdiriblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 51-ə çatıb.
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.
Milli.Az