Dünya

Əfqanıstanda "Taliban"ın 25 silahlıları öldürülüb

15 İyun 2019 23:22
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın cənubundakı Qəndahar vilayətinin iki rayonunda Amerika aviasiyasının bir sıra zərbələri nəticəsində "Taliban" hərəkatının ən azı 10 silahlısı öldürülüb, 6 nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Khaama Press" agentliyi xəbər verib.

Bildirilir ki, öldürülənlər arasında 5 Pakistanlı silahlı olub.

Qeyd edilir ki, əməliyyatlar zamanı 5 ədəd əldə hazırlanmış partlayıcı qurğu, silahlıların beş sığınacaq və nəqliyyat vasitələri də məhv edilib.

Əfqanıstan təhlükəsizlik orqanlarının məlumatına görə, Qilmənd vilayətində aparılan digər əməliyyat zamanı "Taliban"ın ən az 15 silahlısı öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.