Dünya

Rusiyada azərbaycanlını vəhşicəsinə döyən qrup üzvlərinə hökm oxundu: 55 il - FOTO

15 İyun 2019 17:33
1 Şərh     Baxış: 1 980

Tatarıstan Ali Məhkəməsində həmçinin azərbaycanlını döyməkdə günahlandırılan ekstremist qruplaşmanın üzvlərinə hökm oxunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Roman Xəlilov, Ruslan Arxipov, Adel Əskərov və Rostislav Malaxov səkkiz fakt üzrə təqsirli bilinib.

Qruplaşma üzvlərinin zərər verdiyi şəxslər arasında azərbaycanlı da olub. 

Belə ki, 2017-ci il yanvarın 18-də R.Xəlilov və R.Arxipov naməlum şəxslə birlikdə azərbaycanlı Yakin Məmmədova hücum edib. R.Xəlilov ona çəkiclə xəsarət yetirib. R.Arxipov isə azərbaycanlının döyülməsini anbaan kameraya çəkərək, daha sonra videonu internetə yerləşdirmək qərarına gəlib. Y.Məmmədovun həyatını vaxtında göstərilən tibbi yardım sayəsində xilas etmək mümkün olub.

Məhkəmənin qərarı ilə R.Arxipov və R.Xəlilov hər biri 24 il, A.Əskərov dörd il, R.Malaxov isə üç il müddətinə azadlıqdan məhrum edilib. A.Əskərovdan başqa, digərləri cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mozalan · 15 İyun 22:2100

    Necə azərbaycanlıdır ki, adı Yakindir?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.