Dünya

ABŞ-da sabiq senator öldürüldü: 48 yaşlı rəfiqəsi həbs edildi

15 İyun 2019 17:11
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq senatoru 57 yaşlı Lindi Kollinzin qətlində şübhəli bilinən Arkanzas ştatının 48 yaşlı sakini Rebekka Linn O Donell saxlanılıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Associated Press" məlumat yayıb. 

Polisdən verilən məlumata görə, saxlanılan şəxsə qarşı ittiham irəli sürülməyib. 

57 yaşlı Kollinz iyunun 4-də Littl-Rokdan 210 kilometr simal-şərqdə yerləşən Pokaxontasdakı evində ölü tapılıb. 

Bununla yanaşı, agentlik bildirib ki, polis qətllə bağlı təfsilatları açıqlamaqdan imtina edib. 

Senatorun sabiq mətbuat katibi Ken Yanq deyib ki, şübhəli qismində saxlanılan şəxs senatorla işləyib və onun rəfiqəsi olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.