Dünya

Göz yaşları sel oldu - İkinci dünya müharibəsində aşiq olan cütlük 75 il sonra görüşdü - FOTO

13 İyun 2019 19:59
24 Şərh     Baxış: 10 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci dünya müharibəsi zamanı Fransada bir-birlərinə aşiq olan amerikalı əsgər ilə fransız qız 75 il sonra görüşüblər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cütlüyün görüşü Fransa televiziyası tərəfindən lentə alıb.

Hadisə 1944-cü ildə baş verib. 24 yaşlı amerikalı əsgər KT Robbins Fransanın şimali-qərbindəki Briey qəsəbəsinə xidmətə göndərilir. O, bu qəsəbədə 18 yaşlı fransı Janna Qanayeyə aşiq olur. İki aylıq sevgidən sonra Robbins Şərq Cəbhəsinə göndərilir. Sevgililər bir-birlərini bir daha görə bilmirlər.
Onlar hər ikisi sonradan başqa insanlarla ailə qursalar da, Robbins onun fotosunu saxlayır. 
2019-cu ildə 97 yaşlı Robbins Normandiyaya hərbçi çıxarılmasının 75-ci ildönümündə Fransaya səfər edərək 92 yaşlı Qanaye ilə görüşür. Robbins qadını görəndə "Səni hər zaman sevdim. Heç vaxt unutmadım" deyir.

92 yaşlı qadın isə Robbins Fransanı tərk edəndə çox ağladığını, amerikalı sevgisinin qayıdacağı ümidi ilə ingilis dilini öyrəndiyini etiraf edib. Cütlük bir neçə saat birlikdə olduqdan sonra yenidən görüşmək ümidi ilə ayrılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.