Dünya

ABŞ Rusiya sərhədi yaxınlığına zərbəçi dronlar göndərir

13 İyun 2019 16:09
2 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Polşa liderlərinin Vaşinqtonda baş tutan danışıqlarının nəticəsi olaraq, Şərqi Avropa ölkəsinə Birləşmiş Ştatlara aid "MQ-9" kəşfiyyatçı-zərbəçi dron eskadrilyasının yerləşdirilməsi ilə bağlı razılaşma əldə olunub

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə prezidentlər Donald Tramp və Andjey Duda tərəfindən imzalanmış müdafiə sahəsində əməkdaşlıq haqqında birgə bəyannamədə deyilir.

Razılaşmaya əsasən, tələb olunan infrastrukturun yaradılması üzrə xərcləri Varşava çəkəcək, Vaşinqton hər hansı vəsait ayırmayacaq.

"Birləşmiş Ştatlar bu eskadrilyanın fəaliyyəti nəticəsində əldə olunan informasiyanı lazım gələrsə, bölüşmək niyyətindədir. Məqsəd müdafiə sahəsində olan tapşırıqların yerinə yetirilməsidir", - deyə sənəddə bildirilir.

Bəyannamədə Polşaya dislokasiya olunan ABŞ hərbi kontingentinin min nəfər (hazırda 4,5 min nəfər xidmət edir) artırılması ilə bağlı əvvəl elan olunmuş planlar təsdiqini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.