Dünya

Türkiyənin 28 şəhərində əməliyyat keçirilir

13 İyun 2019 13:16
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin 28 şəhərində narkotacirlərə qarşı əməliyyat keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 25 kiloqramdan çox narkotik vasitənin müsadirə olunduğu bildirilir. Eləcə də 15 ədəd odlu silah aşkar edildiyi qeyd edilir.

Əməliyyat çərçivəsində 161 nəfərin saxlanıldığı bildirilir.

Daha öncə ölkənin daxili işlər naziri Süleyman Soylu narkotik vasitənin dozadan artıq qəbul edilməsindən ölənlərin sayının getdikcə artdığını qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.