Dünya

İstanbulda şiddətli yağışlar - Hətta təxliyə var

12 İyun 2019 19:51
0 Şərh     Baxış: 1 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.

Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Ankarada 3 nəfər şiddətli yağışın törətdiyi daşqının qurbanı olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.