Dünya

Sudanda növbəti ÇEVRİLİŞ cəhdi

12 İyun 2019 18:17
0 Şərh     Baxış: 260

Sudanda növbəti dəfə hərbi çevriliş cəhdi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, çevriliş cəhdinin qarşısı alınıb. Bir qrup hərbçi Müvəqqəti Hərbi Şuranı devirməyə çalışıb.

Məlumatlara əsasən, 68 zabit hadisə ilə əlaqədar saxlanılıb.

Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib.

Bundan əlavə, o qeyd edib ki, Sudanda 2005-ci ilin konstitusiyası artıq qüvvədə deyil və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.