Dünya

Ebola bu ölkəyə də çatdı - Ölən var

12 İyun 2019 18:29
0 Şərh     Baxış: 713

Bir neçə gün əvvəl Konqo Demokratik Respublikasından ailəsi ilə Uqandaya gəlmiş 5 yaşlı uşaq Ebola virusuna yoluxduqdan sonra vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Uqandada Eboladan qeydə alınmış ilk ölüm halı olub.

Həmin uşaq ötən gün yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bu günədək Konqo DR-da Ebola virusuna 2071 yolxuma halı qeydə alınıb. Yoluxanlardan 1396 nəfər ölüb, 575 nəfər sağalıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.