Dünya

Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir

12 İyun 2019 22:58
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntularını aşkar etmək üçün dronlar göndərilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir gün çəkən əməliyyat nəticəsindən dronlar vasitəsilə 25 min avro məbləğində 145 vergi pozuntusu qeydə alınıb. Ən çox vergi pozuntusu kiçik gəmilər vasitəsilə turistlərlə xidmət göstərən, qəbz verməyən sahibkarlarda aşkar olunub.

Pilotsuz texnikanın istifadəsi inspektorların hadisə yerinə gəlməyərək dəyərli məlumatı almasına xidmət edir. Ölkədə gələcəkdə dronların istifadəsini daha da artırmaq niyyətindədirlər.

Qeyd edək ki, dronlar artıq ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa və digər ölkələrin polis xidmətləri tərəfindən geniş istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.