Dünya

XİN rəsmisi: "Rusiya və ABŞ münasibətləri ən pis həddə çatıb"

12 İyun 2019 21:41
0 Şərh     Baxış: 781

Rusiya ilə ABŞ arasındakı münasibətlər "soyuq müharibə" dövründəkindən daha pis həddə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, hazırda Moskva ilə Vaşinqtonun münasibətləri tarixdə qeydə alınan ən aşağı səviyyədədir.

S.Ryabkovun sözlərinə görə, "soyuq müharibə" dövründə qarşı duran tərəflər bir-birinin addımlarını, münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdıra bilirdi, indi isə qarşılıqlı addımları proqnozlaşdırmaq mümkün deyil.

Rusiyalı diplomat bildirib ki, münasibətləri yaxşılaşdırmaq üçün etimadın möhkəmləndirilməsi ilə bağlı addımlar, məsələn, qarşılıqlı olaraq diplomatların ölkədən çıxarılmasının dayandırılması kömək edə bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.