Dünya

Oğlan hamilə sevgilisinə zorla kimyəvi maddə içirtdi - Uşağı öldürmək üçün - FOTO

12 İyun 2019 14:57
0 Şərh     Baxış: 2 672

Sevgilisinin arzuolunmaz hamiləliyini anormal üsullarla sonlandırmaq istəyən oğlan həbs olunub.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yaşayan 22 yaşlı Harief Pearson 17 yaşlı sevgilisini abort etməyə məcbur edib.

Qız rədd etdikdə isə oğlan ona işgəncə vermək qərarına gəlib. Google-da "arzuolunmaz hamiləlikdən necə qurtulmaq olar?", "uşaq nə vaxt düşür?" kimi suallar yazıb axtarış edən Harief əmisi uşaqlarından kömək istəyib.

Onlar qızı zorla evlərinə gətirib, döyüb, qarnını təpikləyib, dırnaqlarını çıxarıb, yaralarının üzərinə spirtli içki töküb, ağzını açıb, boğazından aşağı kimyəvi maddə töküblər.

Onlar qızı şüurunu itirənə qədər döydükdən sonra yol kənarına atıblar.

Xoşbəxtlikdən uşağa nəsə olmayıb. O, sağlam şəkildə dünyaya gəlib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.