Dünya

Kraliça villasını satışa çıxardı

12 İyun 2019 14:52
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə kraliçası II Yelizaveta Maltadakı villasını 6 milyon avroya satışa çıxarıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, kraliçanın malikanəsi Malta paytaxtı yaxınlığındakı ərazidə "Villa Guardamanga" adlanır.

Bu villa kraliçanın İngiltərə xaricində yeganə mülkü hesab olunur.

Kraliça burada əri şahzadə Flipin Malta dəniz zabiti olaraq xidmət etdiyi 1949-1951-ci illərdə yaşayıb.

Kraliça Yelizaveta 2015-ci ildə Maltaya səfər edərkən 1650 kvadrat metrlik villasına işarə ilə "Bura mənim üçün hər zaman özəl olaraq qalacaq" açıqlamasını vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.