Dünya

Türkiyədə antiterror ƏMƏLİYYATI: 19 İŞİD üzvü saxlanıldı

12 İyun 2019 11:19
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adana, Mersin və Tekirdağda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror təşkilatının 19 üzvünün saxlanıldığı bildirilir.

Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır. Onların Türkiyənin ayrı-ayrı hissələrində terror aktları planlaşdırdıqları məlum olub.

Antiterror əməliyyatı ilə bağlı başqa detallar açıqlanmayıb.

Daha öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan etmişdi ki, son vaxtlar İŞİD terror təşkilatının Türkiyə ərazisində fəallaşdığı hiss olunur ki, bununla əlaqədar təhlükəsizlik tədbiləri gücləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.