Dünya

Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?

11 İyun 2019 21:11
7 Şərh     Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Marneuli rayonunun Candar kəndində müqəddəs sayılan bir ağac var.

Etnik azərbaycanlılar bu çinar ağacını ziyarət etmək və Novruzun ilk günündə arzu tutmaq üçün regionun hər yerindən bu kəndə gəlirlər. Ziyarətçilər dilək tutaraq ağacın budaqlarına qırmızı lentlər bağlayır, milli musiqi sədaları altında rəqs edir, bir-birlərinə xoşbəxtlik arzulayırlar.

Gürcüstan

Ənənəyə görə, əsasən çinar, dəmirağac, palıd, söyüd, alma, alça, tut, zoğal kimi ağaclar ziyarətgah sayılır. Əkildikləri yerlər "Pir" və "Ocaq" kimi çağırılır.

Gürcüstan

Əsrlər boyu - bu ənənə hətta İslam öncəsi tarixə gedib çıxır - azərbaycanlılar bu ağacların gücünə inanır və onları qoruyur.

Deyirlər ki, ağaca balta vurulanda ondan qan çıxır və onu kəsənlər lənətlənir. Hətta indi dua ağacı və digər nadir növ ağaclar qorunub saxlanılır, çünki onların müqəddəsliyinə inam nəsildən-nəslə ötürülür.

Gürcüstan

76 yaşlı Səmayə Abdullayeva Candar kəndində bu ağacın yanında yaşayır. O, bütün ömrü boyu insanların ağaca olan inamını müşahidə etdiyini deyir.

"Mən gözümü açandan bu ağaca inam olduğunu görmüşəm. Heç kim burada inamın necə başlaması haqqında dəqiq bilmir. Amma hər kəs inanır ki, insanlar üçün xeyirlidir. Rəvayətə görə, keçmişdə bir hərbçi ağacı kəsib aparmaq istəyib. Lakin o, yolda ölüb. Bu tip rəvayətlərə görə deyirlər ki, o ağac müqəddəsdir, kəsmək olmaz. İndiki dövrdə ağaclar qurusa belə, ona əl dəymirik, işlətmirik. Gözləyirik ki, tam çürüsün və torpağa qarışsın".

Gürcüstan

Arxeoloq və etnoqraf Kərəm Məmmədovun fikrincə, bu inanc əsrlər boyu ağacları qoruyub.

"Qədim inanclarda xüsusən də meşədən kənarda tək bitən, uzunömürlü ağacların məhvi yolverilməz idi. Meşənin müəyyən kiçik hissəsindəki ağacları kəsmək olardı, amma düzənliyin ortasında tək qalmış ağaca toxunmaq qadağan idi.

Gürcüstan

İndiki dövrdə də ağac ziyarətgahların çoxu tək ağaclar sayılır.

İslamın gəlişindən sonra isə bu inancları qorumaq üçün islamlaşdırdılar. İslamın bəzi adətləri də bu inanclara əlavə olundu və bu həmin ziyarətgahları məhv olmaqdan qorudu.

Ərəb xəlifəsi Əbu Bəkr yürüşlər zamanı ordusuna tapşırmışdı ki, işğal olunan yerlərdə islama zidd olmayan, yerli sakinlərin inandığı məbəd, ağac kimi inanc yerlərinə toxunmasınlar" - deyə o bildirir.

Gürcüstan

İslamın bu coğrafiyada yayılmasına və daha sonra Sovet hökumətinin ateist siyasətinə baxmayaraq, bu ənənə hələ də öz gücünü qoruyur.

Ağaclarla bağlı bəzi qədim inanclar islamla ziddiyyət təşkil etsə də, Candarın yerli əhalisi onu şiə inancının bir hissəsi kimi qəbul edir.

Məsələn, ağacın altına qoyulan Novruz şirniyyatlarına əlavə olaraq, İmam Əli və İmam Hüseyn kimi müqəddəs İslam fiqurlarının şəkillərini də görmək mümkündür.

Bəziləri buranı "Allahın müqəddəs məkanı" adlanır, başqaları isə İslamın müqəddəs 12 imamından ağacın altında etdikləri duaların həyata keçməsini diləyir. "Ya Əli, Ya Hüseyn, ya 12 imam, sən arzumu çin elə" dualarını 23 Martda Candarda ağacın ətrafında toplaşan insanlardan eşitmək olar.

Gürcüstan

Gürcüstanda etnik azərbaycanlılarla yanaşı Azərbaycanda və Rusiyada yaşayan azərbaycanlılar da Novruzun ilk günündə Candar kəndinə yola düşür və çinar ağacını ziyarət etməyə gəlirlər. Onlar ağacın budaqlarına qırmızı lentlər bağlayır və bir-birinə xoşbəxtlik arzulayırlar.

Ənənəyə görə, dua qəbul olunursa qırmızı lent ağacdan qırılır və yerə düşür. Bundan əlavə, dua edən insanlar ağacdan bir budaq qopardır və istəkləri həyata keçirsə, gələn il budağı geri qaytarırlar.

Bu il Bakıda yaşayan yaşlı cütlük Səkinə və Nəriman da Candara, ağac ziyarətinə gəlib və özlərilə "dua ağacı"ndan kiçik bir hissəsini geri gətiriblər. Bakıda müəllim işləyən Nəriman deyir ki, ötən il bura gələrək oğlunun iş tapması üçün dilək tutmuşdu. Dilək yerinə yetdiyinə görə təşəkkür üçün yenidən ziyarətə gəlib.

Gürcüstan

20-ci əsrin tanınmış yazıçılarından Manaf Süleymanov Azərbaycanda ağacın şərəfinə bayram keçirmək və toxumalarını şöbələrinə bağlamaq ənənəsi haqqında belə yazırdı:

"Bir vaxtlar Niyaldağın ətəyində əzəmətli "Təkağac" ucalırdı. Hələa uşaqlıqdan eşitmişdim ki, "Təkağac" piri qocalı, cavanlı, uşaqlı bir çox xəstələrə şəfa verib. Min dərdə düçar olanları, gec dil açan uşaqları, yeriyə bilməyənləri bura gətirib budaqlardan yelləncək - nənnilər asıb yelləyə-yelləyə pirə yalvarıb şəfa umardılar və bir çoxları məramlarına çatardı. Bu məqsədə çatmağa başqa səbəblər olsa da, hamı "Təkağac" pirinin kəraməti hesab edərdi".

Süleymanov kitab yazıb bitirdiyində məscid və kilsə kimi dini məkanlar sovet hökuməti tərəfindən məhv edilmişdi. Müəllif "Təkağac"ın taleyi haqqında yaşlı bir qadından soruşduqda, ağacın kəsildiyini öyrənib.

"Allah ağac kəsən adamı cəzalandırdı, həbslər zamanı öldü (1937-ci il kütləvi repressiyaları).

Şahidlər deyir ki, hər dəfə ağaca balta vurduqda, ağacdan qan axırmış. İnsanlar "Təkağac"a üç gün yas saxladı".

Gürcüstan

Candarda yaşayan filoloq Vahid Namazov, ənənənin nə zaman başladığını heç kimin dəqiq bilmədiyini, ancaq insanlara təbiətin əhəmiyyətini öyrətmək üçün ağacın yaxşı bir vasitəyə çevrildiyini deyir. Müqəddəs ağacları qoruyub saxlamaq ənənəsi nəsildən-nəsilə ötürülüb - təkcə çinar ağacı deyil; əncir, qoz və ya digər meyvə ağaclarını kəsmirlər, qoruyurlar.

Görünən odur ki, keçmişdə insanlar təbiəti, xüsusilə də yetkin, bar verən ağacları qorumaq üçün bu cür ənənə yaradıblar.

Gürcüstan

"Qədim vaxtlarda savadsız, dünya görüşü olmayan kəndlilərə ekologiyadan danışsaydın, səni başa düşə bilməzdilər. Amma bu adətləri din və müqəddəsliklə əlaqələndirib belə bir sistem yaradıblar", o ehtimal edir.

Namazov əlavə edir ki, zaman keçdikcə bu ənənələr yerli təbiətin mühafizəsinə xidmət edir. "İnsanların bu adətləri indiyənə qədər qoruması da kənddəki qədim, qiymətli ağacların günümüzə gəlib çatmasına xidmət edib".

Gürcüstan

Gürcüstan

Gürcüstan

Gürcüstan

Gürcüstan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.