Dünya

Antalyada hoteldə YANĞIN - Turistlər təxliyə olundu

11 İyun 2019 17:34
0 Şərh     Baxış: 590

Antalyada hotellərin birində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın Kəmərdəki hoteldə qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın hotelin SPA mərkəzində başlayıb. Yanğından dərhal sonra hoteldən 100-dən artıq turist təxliyə edilib.

Xəsarət alanın olmadığı bildirilir. Bununla belə əcnəbi turistlərin təşviş keçirdikləri qeyd edilir.

Yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.