Dünya

Baş nazirin oğlundan Trampın ünvanına qəribə sözlər - "Xalqımız ona səcdə edir"

11 İyun 2019 17:49
2 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Donald Tramp İsraildə gerçək bir rok ulduzudur".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu deyib.

ABŞ-da "Blaze" telekanalına müsahibə verən kiçik Netanyahu bildirib ki, israillilər Donald Trampa səcdə edir.

"İsraildə çoxluq Amerikaya, Donald Trampa səcdə edir. O, İsraildə gerçək bir rok ulduzudur. Tramp İsrail ilə yəhudi xalqının bu günə qədər Ağ Evdə sahib olduğu ən yaxşı dostdur. O, yəhudi tarixində daim xatırlanacaq".

Baş nazirin oğlu Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyini bu şəhərə köçürmə qərarını tərifləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.