Dünya

Rusiyada uşaqların xaricə aparılması qaydalarına dəyişiklik edilib

12 İyun 2019 06:30
0 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti iyunun 12-dən uşaqların xaricə aparılması qaydalarının dəyişdiyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yetkinlik yaşına çatmamış Rusiya vətəndaşlarının ölkədən çıxmasına icazə verilməməsi haqqında ərizələrin təqdim olunması qaydası dəyişib. İndi bu barədə ərizə yetkinlik yaşına çatmamış vətəndaşın özünün, yaxud valideynlərindən birinin və ya himayədarının yaşadığı ərazi üzrə miqrasiya orqanına, eləcə də ərizəçinin daimi yaşadığı ölkədə Rusiya diplomatik nümayəndəliyinə və konsulluğuna təqdim edilməlidir.

Əvvəllər yetkinlik yaşına çatmamış Rusiya vətəndaşının ölkədən çıxarılmasına icazə verməyən valideyn sərhəd xidməti orqanlarına da müraciət edə bilərdi. Bu il təsdiq olunmuş yeni qaydalarda sərhəd xidməti orqanları siyahıdan çıxarılıb. Bununla əlaqədar, sərhəd xidməti orqanları yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən çıxarılmasına icazə verilməməsi haqqında ərizə qəbul etməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.