Dünya

“Ermənistanla tarix və dil baxımından yaxınlığımız çoxdur”

11 İyun 2019 15:02
7 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayev mətbuat konfransında çıxış edərək, Ermənistanla qarşılıqlı münasibətlərin inkişafına öz baxışından danışıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı "Amerikanın səsi"nin jurnalistinin sualına cavab verərkən Tokayev deyib:

"Ermənistana böyük simpatiya ilə yanaşıram, bu yaxınlarda Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Anladığım qədərilə təbrik etmək üçün. Biz konkret layihələr üzrə əməkdaşlığımızı zənginləşdirmək razılığına gəlmişik. Bizim Ermənistanla tarix və hətta dil baxımından yaxınlığımız çoxdur. Buna görə də, gələcək əməkdaşlığa nikbinliklə baxıram. Şübhə etməyin ki, bizim tərəfimizdən, Qazaxıstan tərəfdən əməkdaşlığın möhkəmlənməsi üçün hər şey ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.