Dünya

ABŞ-dan Türkiyəyə ağır zərbə: “F-35” pilotları uzaqlaşdırıldı

11 İyun 2019 10:24
1 Şərh     Baxış: 1 620

ABŞ-ın Arizona ştatında yerləşən "Lyuk" hava bazasında "F-35" qırıcı-bombardmançılarının idarəolunması üzrə hazırlıq kursu keçən türkiyəli pilotlar təlimlərdən kənarlaşdırılıb.

Milli.Az bu haqda oxu.az-a istinadən xəbər verir.

Bundan əvvəl "Foreign Policy" nəşri, Türkiyəli pilotların ölkəni tərk etməsinə 31 iyula kimi vaxt verildiyini və bu barədə Pentaqon rəhbəri Patrik Şenahanın türkiyəli həmkarı Hulusi Akarı məlumatlandırdığı bildirilirdi.

Pilotların təlimlərdən kənarlaşdırılması Vaşinqtonla Ankara arasında "S-400" zenit-raket kompleksləri ilə bağlı soyuq yellərin əsdiyi bir vaxta təsadüf edir. Tramp administrasiyası Ankaranı Rusiyadan "S-400" zenit-raket kompleksləri almaq fikrindən daşındırmağa çalışır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 11 İyun 10:4531

    Sən bu ABŞ - ın ağlına baxda...Bütün ölkələri sanksiyaları ilə hədələyir və zəifləri çökdürür...Daha anlamımır ki,belə axmaq hərəkətləri ilə Türkiyəni ziflədə bilməz...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.