Dünya

“Fiat" və “Renault” birləşə bilər

10 İyun 2019 19:04
0 Şərh     Baxış: 393

İtaliyanın "Fiat Chrysler" və Fransanın "Renault" avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın "Volkswagen" və Yaponiyanın "Toyota" şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq.

Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar "Renault" şirkətinə daxil olan "Nissan"ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı.

Hazırda "Renault" şirkətinin "Nissan"da payının azaldılması barədə təklif irəli sürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.