Dünya

Tokayev Qazaxıstan prezidenti seçildi - Rəsmi

10 İyun 2019 10:34
0 Şərh     Baxış: 1 548

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayev qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasında qeyd olunur ki, səslərin 100 faizi artıq hesablanıb və Tokayev 70, 76 faiz səslə qələbə qazanıb. 

MSK-nın sədr müavini Konstantin Petronun sözlərinə görə, Tokayevi seçkilərdə 6 milyon 504 min 54 qazaxıstanlı dəstəkləyib.  

Müxalifətdən olan namizəd Amircan Kosanov 16,02 faiz səs (1 milyon 472 min 733 seçici) toplayıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.