Dünya

Londonda çoxmənzilli binada yanğın olub: 30 mənzilə zərər dəyib

10 İyun 2019 08:19
0 Şərh     Baxış: 1 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun şərqində yerləşən yaşayış binasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində binanın 30 mənzilinə zərər dəyib, iki nəfər xəsarət alıb.

Məlumata əsasən, yanğın yerli vaxtla saat 15:31-də Barkinq rayonundakı çoxmənzilli yaşayış binasında baş verib.

Hadisə yerinə yanğından mühafizə xidmətinin 15 avtomobili, 100-dən çox yanğınsöndürənlər, polis əməkdaşı və tibb işçiləri cəlb edilib. Yanğından dərhal sonra bütün sakinlər təxliyyə olunub.

Yanğın yerli saat 18:04-da lokallaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.