Dünya

İranda narkotik deposu aşkarlandı

9 İyun 2019 22:03
0 Şərh     Baxış: 616

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Mircavə sərhəd rayonunda narkotik deposu aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, Mircavə rayonu sərhədçilərinin keçirdiyi əməliyyat nəticəsində gizli bir depoda 1,68 ton tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İranın Sistan və Bəluçestan vilayəti Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.