Dünya

Qazaxıstanda prezident seçkilərində 77,4 faiz seçici səs verib

9 İyun 2019 20:52
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda keçirilən prezident seçkilərində yekun seçici fəallığı 77,4 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Ləzzət Süleymen deyib.

Qeyd edək ki, 2015-ci ildə Qazaxıstanda prezident seçkilərində seçici fəallığı 95,22 faiz təşkil etmişdi.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb və 20:00-da yerkunlaşıb.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.