Dünya

Kadırov sərvətini açıqladı

9 İyun 2019 17:42
1 Şərh     Baxış: 2 100

Çeçenistan lideri Ramzan Kadırov illik gəliri və sərvəti ilə bağlı deklarasiya təqdim edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, deklarasiyada Kadırovun 2018-ci ildə 7.58 milyon rubl qazandığı göstərilib. Bu göstərici Kadırovun ötənilki gəlirindən 700 min rubl çox olub.

Məlumata görə, Kadırov 2344.3 kvadrat metrlik mənzilə sahibdir. Bundan əlavə, Çeçenistan lideri, arvadı və 11 azyaşlı uşağının istifadəsində həmçinin 300 kvadrat metrlik daha bir ev var. Kadırovun arvadının ötən il əldə etdiyi gəlir 60 min rubla bərabər olub. O, 209.8 kvadrat metrlik mənzilin sahibi kimi göstərilib.

Bununla yanaşı Ramzan Kadırovun yetkinlik yaşına çatmamış uşaqlarından biri ötən il ərzində 210.8 min rubl qazanıb.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Məmmədhəsən əmi · 10 İyun 00:3100

    İllik gəliri cəmi 60 000 rubl olan qadının 210 kv.metrlik mənzili var! HMMM

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.