Dünya

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

9 İyun 2019 10:24
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda, Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 262 nömrəli seçki məntəqəsi yerli vaxtla saat 07:00-da öz işinə başlayıb.

Seçki məntəqəsinin üzvləri və Qazaxıstan diplomatları məntəqənin açılış mərasimini keçiriblər.

Bu məntəqədə müvəqqəti Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları səs verə bilər.

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.