Dünya

Gürcüstana turist axını pik həddə çatır - FOTO

8 İyun 2019 23:51
2 Şərh     Baxış: 2 551

2019-cu ilin yanvar-may aylarında əcnəbilər Gürcüstanı təxminən 3 milyon dəfə ziyarət ediblər, onlardan 1.7 milyonu turist səfərləri olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Sputnik Georgia" ölkənin Milli statistika komitəsinə istinadən məlumat yayıb.

Qarşıdan gələn turizm mövsümündə isə Gürcüstana səfər edəcək əcnəbilərin sayının daha da artacağı gözlənilir. Artıq həftə ərzində bu ölkəyə təyyarə reyslərinin sayı 590-a çatıb.

Mənbə yazır ki, Gürcüstanda turistləri ən çox cəlb edən qiymətlərdir. Bu ölkəyə edilən səfərlərin sayına görə Rusiya liderlik edir. İlin ilk 5 ayında Rusiya vətəndaşı 540 min dəfə Gürcüstana səfər edib ki, bu da 2018-ci ilin eyni dövründəkindən 31,4 faiz çoxdur. Vətəndaşları ən çox Gürcüstana səfər edən ilk beş ölkə sırasında Azərbaycan ikinci yerdədir. Bundan başqa, Ermənistan, Türkiyə və Ukrayna vətəndaşları da Gürcüstanda istirahətə üstünlük verirlər.

Turistlərin əksəriyyəti pullarını qida və içkilərə, həmçinin kirayə və əyləncələrə sərf edirlər. Çox az hallarda isə qiymətli əşyalara pul xərcləyirlər.

Araşdırmalara görə, son dövrlər əcnəbilər Gürcüstana gəzinti üçün orta hesabla 890 lari (təxminən 324 dollar) xərcləyirlər. Bu ötən ilin birinci rübündə xərclənən məbləğdən 16,1 faiz çoxdur.

2025-ci ilədək ölkə xaricindən Gürcüstana 11 milyon qonağın gəlməsi gözlənilir. Eyni zamanda, turizm gəlirlərinin ən azı 6,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    asi · 8 İyun 23:57101

    Sadəlik gözəllikdi..Gürcüstan sadə və təbii gözəl məkandı..Bizdən fərqli olaraq göz qamaşdırıcı dəbdəbəsi yoxdur, əvəzində ucuz qiyməti, gözəl təbiəti, olduğu kimi görünüşü var...Bizim turizm ancaq varlı ərəbləri cəlb etmək marağındadı..Gürcüstan isə az büdcəli insanlar üçün ideal yerdi..

    Cavab yaz
  • Anonim
    Cin · 9 İyun 08:4030

    Çünki dünyanın bütün ölkələri üçün viza rejimini götürüb. Ona görə də səfər edənlər çoxdur. Bizdə burdan daha artıq gözəl təbiət var. Sadəcə qiymətlər baha və bir də viza əngəli var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.