Dünya

Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

8 İyun 2019 19:37
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bəyan edib ki, ölkəsi Avropa İttifaqına 2025-2027-ci illərdə qəbul oluna bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.

Parubiy bildirib ki, bu, Avropa İttifaqı Şurasında Polşa və Litvanın sədrlik edəcəyi dövrə təsadüf edə bilər.

O qeyd edib ki, artıq üç ölkənin parlament sədrləri Ukraynanın Avropa İttifaqına qəbuluna dair strategiya ilə bağlı sənəd imzalayıblar.

"Bu, Ukraynanın Avropa İttifaqına qəbulu üçün imkanlar pəncərəsidir", - deyə Parubiy vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.