Dünya

İranın cənubunda meşələr yanır

8 İyun 2019 16:43
0 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənubunda yerləşən Buşehr vilayətinin Dəşti rayonunda Qara Dağ yüksəkliklərində meşə ərazisi yanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Buşehr vilayəti Dəşti rayonu qubernatoru Abdulla Nadiri deyib.

A.Nadirinin sözlərinə görə, dağlıq ərazi keçilməz olduğuna görə, yanğın hələ də söndürülməyib.

Qubernator vilayətin fövqəladə hallar idarəsindən vertolyotun istənildiyini bildirib.

A.Nadiri bildirib ki, yanğının səbəbi bəlli deyil, ilkin ehtimala görə, şimşək nəticəsində baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.