Dünya

İranda polis 2 azyaşlını güllələdi

7 İyun 2019 19:34
0 Şərh     Baxış: 718

İranın Komican rayonunda polisin bir avtomobili atəşə tutması nəticəsində iki azyaşlı uşaq ölüb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Fərahan rayonunda elektrik naqillərinin oğurlanması ilə bağlı onlara məlumat daxil olub, bundan sonra oğruların idarə etdikləri avtomobil müəyyən edilib.

Bir müddət təqibdən və xəbərdarıq atəşindən sonra oğruların olduğu iddia edilən avtomobil dayanmayıb. Bunda sonra polis avomobili atəşə tutub və nəticədə avtomobildə olan sürücünün 2 azyaşlı övladı aldıqları güllə yaralarından ölüb.

Qeyd edək ki, belə hallara İranda tez-tez rast gəlinir. Bir neçə gün öncə də Sistan və Bəlucistan əyalətində sürücülük vəsiqəsi olmadığına görə qaçan gənci polis atəş açaraq öldürmüşdü.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.