Dünya

Erməni nazir istefa verdi

7 İyun 2019 15:54
0 Şərh     Baxış: 796

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan istefa verib. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, o, bununla bağlı "Facebook" hesabında yazıb. 

A.Zeynalyan istefasının səbəbini açıqlamayıb. 

Bu, Ermənistan məhkəmə sistemində ikinci istefadır. Bundan əvvəl Ali Məhkəmə Şurasının sədri vəzifəsini icra edən Qevorq Danielyan istefa vermişdi. 

O, öz bəyanatında qeyd etmişdi ki, bir il müddətində Ermənistan hakimiyyəti ilə gərgin, demək olar ki, qəbuledilməz iş və ofis, mətbuatda qondarma məlumatların yayılması şəraitində çalışıb.

Q.Danielyanın sözlərinə görə, o, elmi fəaliyyətlə məşğul olacaq. 

Qeyd edək ki, yüksək vəzifəli məmurların istefası Ermənistanda qalmaqallı məhkəmə islahatları fonunda baş tutur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.