Dünya

Gürcüstanda polis və ermənilər arasında insident baş verib

6 İyun 2019 22:57
1 Şərh     Baxış: 1 167

Gürcüstanın ermənilərin çoxluq təşkil etdiyi Axalkalaki şəhərində polis əməkdaşları ilə yerli sakinlər arasında qarşıdurma yaranıb. Bu barədə Sputnik-Ermənistan məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, polislər Axalkalakidə yol hərəkəti qaydalarını pozan motosikletçini saxlayaraq, ona cərimə yazıblar. Bir neçə nəfər həmin şəxsi müdafiə eləməyə çalışıb və polisləri təhqir ediblər.

Hadisə şahidlərinin sözlərinə görə, yolu keçən "Mersedes" sürücüsü də nə baş verdiyini anlamaq üçün dayanıb, polislər onu hərəkətə mane olmamağa dəvət ediblər. Bu andan sonra "Mersedes" sürücüsü də polisə müqavimət göstərib.

Onların milliyyətcə erməni olduğu bildirilir. Polis xuliqanlığa görə iki nəfəri saxlayıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi · 7 İyun 11:1000

    Yaxsi edir ermeniler.Qoy gurcustanin dovlet bascisi Salomi ermenilerin sesini qazanmaq ucun onlara soz versin.ermenilerde hem Azerbaycanlilarin hemde gurculerin basini kesene heykel qoysunlar.Sabahda ermeniler kohne havalarini birde ancaq busefer berkde oxuyacaqlar.Axalkalakiye muxtariyat ve ya biz ermenistana birlesirik.Bu bir gun olacaq Cunki Qarabaq ermenilerin istahini artirib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.