Dünya

İran kriptovalyutasını dövriyyəyə buraxmağa hazırlaşır

6 İyun 2019 18:57
0 Şərh     Baxış: 303

İran tezliklə "peyman" adlı kriptovalyutasını dövriyyəyə buraxacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran Milli Bankının icraçı direktoru Məhəmməd Rza Hüseynzadə deyib.

M.Hüseynzadənin sözlərinə görə, peyman kriptovalyutası İranın "Milli", "Millət", "Parsian", "Pasargad" bankları və "Qoqnus" özəl şirkəti ilə birgə istehsal olunub.

İcraçı direktor əlavə edib ki, kriptovalyutanın istifadəyə verilməsi üçün ilkin işlər həyata keçirilib:

"Kriptovalyuta ilk mərhələdə əmlak alqı-satqıları üzrə işə başlayacaq və tədricən bütün sahələri əhatə edəcək" .

Qeyd edək ki, İran kriptovalyuta dövriyyəyə buraxacağı ilə bağlı yanvarın sonlarında rəsmi açıqlama yayıb.

İran kriptovalyutası 2 kq qızılın dəyərinə hesablanıb. Ay ərzində bazarın ehtiyacına əsasən 600 milyon peymanın dövriyyəyə buraxılması nəzərdə tutulur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.