Dünya

Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni general komaya düşdü...

6 İyun 2019 15:36
2 Şərh     Baxış: 1 937

Ermənistanda istintaq təcridxanasında saxlanılan sabiq deputat, general Manvel Qriqoryanın vəziyyəti ötən gecə qəflətən pisləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, yerləşdirildiyi şəhər xəstəxanasında koma vəziyyətindədir.

M.Qriqoryana qarşı cinayət işi çərçivəsində iyunun 4-də keçirilməli olan məhkəmə iclası onun səhhətində yaranmış problemlə əlaqədar iştirak etməməsi səbəbindən təxirə salınıb.

Vəkili M.Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia edib:

"Onun həyatı təhlükədədir, lakin gözləyirlər ki, ölsün və bundan sonra günahkar axtarmağa başlasınlar. Təəssüf ki, Ermənistanda belə "mədəniyyət" olub və hələ də qalır".

Xatırladaq ki, ötən il iyunun 19-da M.Qriqoryan qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Dekabrda birinci instansiya məhkəməsi girov müqabilində azadlığa buraxılması barədə qərar versə də, Qriqoryan sonradan yenidən həbsə atılmışdı.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini M.Qriqoryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı istiqamətində aparılan əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib. Həmçinin o, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürmüşdü.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    mamuska · 6 İyun 16:0580

    insan etdiklerinin cavabini almadan dunyani terk etmir-sozleri oz yerini tapir. heqiqeten de hec bir ceza cavabsiz qalmir...Allah boyukdur,onu tanimayanlara lenet...etdikleri bir-bir basina getirilir...

    Cavab yaz
  • Anonim
    Karandaş · 6 İyun 22:2410

    Ölməyini istəmirəm.Qoy hər gün cəhənnəm əzabıyla ,işgəncəylə yaşasın.Möhtac olsun kiməsə bir içim su üçün.Hər işgəncə verdiyi əsirlırin ahı onu tutsun.Ölmək onun üçün mükafat olardı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.