Dünya

İranlı nazir istefa verdi - Kabinetin iclasından sonra

6 İyun 2019 13:52
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın təhsil naziri vəzifəsindən istefa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib.

Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.

Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, fevralda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa versə də, H.Ruhani onun istefasını qəbul etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.