Dünya

Miqrantların olduğu avtomobil qəza törətdi: 6 ölü, 5 yaralı

6 İyun 2019 10:30
0 Şərh     Baxış: 286

ABŞ-ın Korpus-Kristi şəhərində (Texas ştatı) miqrantların olduğu avtomobil qəza törədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, polislərdən qaçmağa çalışan avtomobil su kanalına çırpılıb.

Qəza nəticəsində Salvador vətəndaşı olan 6 miqrant həlak olub, 5-i isə yaralanıb.

Bildirilir ki, Robstaun şəhərinin polisləri miqrantların olduğu avtomobili saxlamağa çalışıb, lakin havanın əlverişsiz olması səbəbindən təqibi dayandırıb. Daha sonra avtomobilin keçdiyi yoldan qayıdan iki yaralı miqrantı görən polislər onlar tərəfindən qəza haqqında məlumatlandırılıblar.

Qəza baş verən yerdə 6 miqrantın meyiti və yaralı 3 nəfər aşkar edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.