Dünya

Ermənistanın dövlət borcu 6,9 milyardı keçdi

5 İyun 2019 18:14
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin sonunda Ermənistanın dövlət borcu 6,923 milyard dollara çatıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu parlamentdə büdcə dinləmələri zamanı Ermənistan Maliyyə naziri Atom Cancuqazyan deyib. Onun sözlərinə görə, ümumi dövlət borcunun 6,373 milyard dolları faktiki olaraq hökumətin, 550 milyon dolları Mərkəzi Bankın payına düşüb. Hökumətin borcunun 1,39 milyard dolları daxildən alınan borc olub. Dövlət borcunun ümumdaxili məhsula nisbəti dəyişib. Belə ki, Ermənistanın dövlət borcu ümumdaxili məhsulun 51,4%-ni təşkil edib.

Cancuqazyan məhz bu göstəriciyə əsaslanaraq Ermənistanın borc yükünün az olduğunu söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.