Dünya

Gürcüstanda gündəlik tələbat məhsullarının qiyməti artıb

5 İyun 2019 04:30
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin may ayında Gürcüstanda inflyasiyanın həddi proqnozlardan 0,5 faiz artıq olub. İllik müqayisədə isə inflyasiya 4,7 faiz çox olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2017-ci ildən sonra illik inflyasiya Milli Bankın müəyyən etdiyi 3 faizlik həddən də yuxarı olub. Eyni zamanda, ölkədə alkoqolsuz içkilərin və bir sıra ərzaq məhsullarının qiyməti artıb.

Ümumilikdə, tərəvəz və bostan bitkilərinin qiyməti 33,7 faiz, balığın qiyməti 13,5 faiz, çörək və çörək məmulatları 11,6 faiz, ət və ət məhsullarının qiyməti 7,2 faiz, eləcə də mineral sular, alkoqolsuz içkilər və natural şirələr 4,8 faiz, tütün 44,6 faiz bahalaşıb. Meyvə və üzümün qiymətində 19,9 faiz ucuzlaşma müşahidə olunub.

Bundan başqa, hesabat dövründə nəqliyyat xidmətləri 1,6 faiz, mədəni-əyləncəli xidmətlər 6,4 faiz, tibbi ləvazimat, ambulator səhiyyə xidmətləri 2,9 faiz, xəstəxana xidmətləri 1,6 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.