Dünya

İranda tayfalar arasında dava: ölən və yaralanan var

4 İyun 2019 14:03
0 Şərh     Baxış: 1 194

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.