Dünya

ABŞ-da köpək balığı gənc qıza hücum etdi, ayağını qopardı - VİDEO

4 İyun 2019 10:29
1 Şərh     Baxış: 3 018

ABŞ-da dəhşətli hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 17 yaşlı gənc qız günorta saatlarında dənizdə üzərkən köpək balığının hücumuna məruz qalıb. Atası tərəfindən xilas edilən qız sol ayağını itirib.

Hadisə Şimali Karolinada baş verib. 17 yaşlı Peyc Uinter günorta saatlarında dənizdə üzəndə yırtıcının hücumuna məruz qalıb. Qızının hücuma məruz qaldığını görən ata balığa 5 yumruq zərbəsi vuraraq övladını köpək balığının dişləri arasından xilas edib.

Ətrafdakıların köməyi ilə 17 yaşlı Peyc helikopterlə xəstəxanaya aparılıb. Qızın ayaqlarından ciddi xəsarət aldığı bildirilib. Əməliyyatdan sonra isə qızın sol ayağının amputasiya edildiyi deyilib. Əgər onun sol əlindəki yaralar sağalmasa, sol əli də amputasiya ediləcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.