Dünya

Bu ölkədə artıq oğlanlar da məktəbə "yubka" geyinəcək - FOTO

4 İyun 2019 11:01
1 Şərh     Baxış: 3 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın paytaxtı Mexikoda oğlanlara məktəbə "yubka"da getməyə icazə veriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mexiko hakimiyyəti şəhərin təhsil müəssisələrində, oğlanlara "yubka", qızlara isə şalvar geyinmək icazəsini verərək, məktəbli formasını "neytral" ediblər.

"Biz Mexikonun təhsil naziri Esteban Moktesuma Barraqanla şəhərdə neytral məktəbli formasının tətbiqi haqda elan edirik. Artıq "yubka" qızların, şalvar isə oğlanların eksklüziv atributu sayılmır. Bərabər hüquqların irəliləməsi üçün sadə addımlar", - Mexikonun şəhər meri Klaudiya Şeynbaum Tvitterdə-ki mikrobloqunda yazıb.  

Yenilik bu bazar ertəsindən qüvvəyə minib. Bununla yanaşı, Mexikonun Təhsil naziri ölkənin digər ştatlarını da analoji qərar qəbul etməyə səsləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.