Dünya

Avtomobildən 1,5 ton narkotik tapıldı - İranda

3 İyun 2019 17:29
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin keçirilən iki əməliyyat nəticəsində 2 avtomobildən 1,5 ton narkotik maddələr aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri polis informasiya portalına verdiyi açıqlamada deyib.

M.Qənbərinin sözlərinə görə, Xaş və İranşəhr rayonlarında əməliyyatlar keçirilib. O, bir avtomobildən 874 kq-dan, digər avtomobildən isə 669 kq-dan çox tiryəkin aşkarlandığını deyib.

Narkotik qaçaqmalçılarından 1 ədəd odlu silah (Kalaşnikov) və sursat götürülüb, 3 qaçaqmalçı saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.