Dünya

Rəsmi Tehran: "ABŞ İrana qarşı yanlış yanaşmanı dəyişdirməlidir"

2 İyun 2019 21:00
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Tehrana qarşı yanlış yanaşmanı dəyişdirməlidir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatını şərh edərkən deyib.

A.Musavi bildirib: "Cənab Pompeonun İrana qarşı maksimal təzyiqi təsdiq etməsi onu deyir ki, ABŞ yanlış yanaşmağa davam edir və onlar bu yanaşmanı dəyişməlidirlər".

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo İsveçrədə mətbuat konfransı zamanı Vaşinqtonun ilkin şərtlər irəli sürmədən İranla danışıqlara hazır olduğunu bildirib.

Bundan əlavə M.Pompeo qeyd edib ki, ABŞ İranın "pisniyyətli siyasətinə" qarşı çıxmağa davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.