Dünya

İran sərhədində 2 ton narkotik aşkarlandı

2 İyun 2019 17:35
0 Şərh     Baxış: 657

İranın cənub-qərbində Sistan və Bəluçestan vilayətinin sərhədlərində 2,19 ton narkotik maddələr aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.

M.Mollaşahinin sözlərinə görə, 3 sərhəd zolağında narkotik qaçaqmalçılarla silahlı insident baş verib.

M.Mollaşahi əlavə edib ki, qaçaqmalçılarla bir neçə saat toqquşmadan sonra 2 ədəd avtomobil, 9 ədəd motosiklet və 2 qaçaqmalçı saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.